Qazaxda yol qəzası baş verib

Qazaxda avtomobil qəzası baş verib, xəsarət alan var. "Report"un Qərb bürosunun məlumatına görə, sürətlə hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı arxa düşüb.

Qəza nəticəsində, sərnişin 1986-cı il təvəllüdlü Orta Salahlı kənd sakini, İsmayıl Qiyasov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə