Cəlilabadda kütləvi dava olub

Cəlilabad rayonunda kütləvi dava baş verib. Report-un məlumatına görə, hadisə Gülməmmədli kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1980-ci il təvəllüdlü Əzizov İsaq Əli oğlu tanıdığı şəxslər tərəfindən döyülüb. Yaralı üz nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. İ.Əzizova ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə