Ucar rayonunda iki minik maşını toqquşub. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. "Mercedes" və "BMW" markalı avtobilləri hərəkət zamanı toqquşub.
Nəticədə sürücülər xəsarət alıb. Onlar dərhal ətrafdakıların köməkliyi ilə Ucar rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB