Yas mərasimində yemək vermədilər deyə qəbirləri dağıtdı - VİDEO

Yas mərasimində yemək vermədilər deyə qəbirləri dağıtdı - VİDEO

Mart ayının 31-dən aprelin 1-ə keçən gecə naməlum şəxs və ya şəxslər Şəmkirin Keçili kənd qəbiristanlığında iki qəbir daşını yararsız hala salıb, 50-dən çox məzar daşının yaxınlığında olan güldanları sındırıb.

SİA-nın xəbərinə görə, kənd sakinlərinin Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciətindən sonra əməliyyat axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa zaman kəsiyində cinayətin üstünü aça bilib.

Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətmiş şəxsin 1993-cü ildə Şəmkir rayonunda anadan olmuş 2010 cu il tarixdən Şəmkir rayon Poliklinikasında epilepsiya yəni tez-tez qıcolma tutmaları şəxsiyyətin dəyişməsi diaqnozu ilə qeydiyyatda olan Şəmkir rayon Keçili kənd sakini Nəcəfli Çoşqun Sabir oğlunun olması müəyyən edilib. Həmin 1 aprel 2019-cu il tarixdə isti izlərlə tutularaq istintaqa təqdim olunub. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Saxlanılan Çoşqun Nəcəfli ifadəsi zamanı hadisəni qəsdlə törətdiyini etiraf edib. Bir qədər qəribə səslənsə də o cinayəti törətməsinə səbəb kimi yas mərasimində ona yemək verilməməsini göstərib. Ancaq sonradan əməlinə görə peşman olduğunu da gizlətməyib.

Sonrakı peşmançılıq isə fayda verməz deyiblər. Artıq Coşqun Nəcəflinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə