Cəlilabadda oğul atasını qətlə yetirib. Hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb. SİA-nın xəbərinə görə, Nizami küçəsində yaşayan Dadaşov Oqtay Feyzulla oğlu aralarında yaranan ailə məişət zəminində baş verən mübahisə zamanı əlindəki küt alətlə atası Dadaşov Feyzulla Qaraş oğluna zərbə endirib. Zərbə nəticəsində yerə yıxılan Feyzulla hadisə yerində dünyasını dəyişib. Qonşuların bildirdiyinə görə, hadisə gecə saatlarında baş verdiyi üçün qətl hadisəsindən məlumatsız olublar. Yalnız səhər saatlarında Feyzullagilin darvazalarının açıq olduğunu görəndə onun öz əcəli ilə öldüyünü düşünüblər. Lakin aparılan tibbi ekspertiza nəticəsində mərhumun oğlu tərəfindən qətlə yetirildiyi aşkar olub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB