Braziliyada sel fəlakətindən ölənlərin sayı artmaqda davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Braziliyanın paytaxtı Rio de Janeyro şəhərinin şimalındakı dağlıq bir bölgəni əhatə edən sel nəticəsində ölənlərin sayı 803-ə çatıb. Dövlət rəsmiləri itkin düşənlərin sayının isə 417 olduğunu açıqlayıb.
Turizm bölgəsinə bir neçə saat ərzində yağan yağışın aylıq normanı keçməsi nəticəsində yaranan palçıq selin qarşısına çıxanı aparması ilə itkilərin sayı artır. Sel ölən və itkin düşənlərin çoxunu yuxuda olarkən yaxalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB