Abşeronda ölümlə nəticələnən yol qəzası olub

Abşeronda ölümlə nəticələnən yol qəzası olub

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ONA-nın məlumatına görə, Bakı-Sumqayıt şossesinin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində piyada üçün müəyyən edilməmiş hissədən keçən 1987-ci il təvəllüdlü Sadiqov Nail Oktay oğlunu 165 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

N.Sadiqov hadisə yerində ölüb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə