Astara rayonunda yanğın bir nəfərin həyatına son qoyub. SİA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 21-də saat 20.40 radələrində rayonun Qamışovka kəndində baş verib.
Kənd sakini, 1951-ci il təvəllüdlü Yevgeni Qavriloviç Şpakova məxsus fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Astara və Lənkəran rayonlarındakı Yanğından Mühafizə Hissələrinin yanğınsöndürənlərinin səyləri ilə söndürülüb. Lakin yanğından sonra evdə Y.Şpakovun meyidi aşkarlanıb.
Faktla bağlı araşdırmalara başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB