Gəncənin avtobus parkında yanğın çıxıb- FOTOSLAYD

Gəncənin avtobus parkında yanğın çıxıb- FOTOSLAYD

Gəncə şəhərində fəaliyyət göstərən "Ekspress" MMC şirkətinə məxsus avtobus parkında yanğın baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, saat 11.00 radələrində qeydə alınan yanğın nəticəsində "Mercedes" markalı avtobus tamamilə yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə Yanğından Mühafizə İdarəsinin təxminən 20-dən artıq şəxsi heyəti və 10-na yaxın texnikası cəlb olunub. Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin Yanğınsöndürmə Qərargahının rəisi Təvəkkül Verdiyevin SİA-ya verdiyi məlumata görə, hadisənin səbəbləri araşdırılır.

"İlkin məlumatlara görə avtobusda qaynaq işləri aparılarkən yanğın baş verib. Aparılan araşdırmadan sonra hadisənin səbəbləri tam aydın olacaq", deyə T.Verdiyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə