Çində hadisə qurbanlarının sayı 22 nəfərə çatıb

Çində hadisə qurbanlarının sayı 22 nəfərə çatıb

Çinin şimalında kömür mədənində baş verən hadisə qurbanlarının sayı 22 nəfər çatıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Belə ki, şaxtada baş verənlər zamanı ağır yaralanan şəxs ötən gün xəstəxanada dünyasını dəyişib. Daha 28 nəfər xəstəxanada müalicəsini davam etdirir.

Xatırladaq ki, kömür mədənində insident fevralın 23-də baş vermişdi. Yük maşını 50 nəfər işçi ilə idarəetməni itirərək şaxtaya daxil olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə