Bakının Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi nəticəsində xəsarət alanların vəziyyəti stabildir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğın zamanı xəsarət alan 26 və 53 yaşlı iki qadın və 43 yaşlı kişi Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdır, onların həyatı üçün təhlükə yoxdur.
Həmin mənbədən verilən məlumata görə, tüstüdən zəhərlənən 5 uşaq və 6 yaşlı sakinə isə yerində yardım göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB