Kürdəmir sakininin avtomobilini qaçırdılar

Kürdəmir sakininin avtomobilini qaçırdılar

Kürdəmir Rayon Polis Şöbəsinə fevralın 23-də saat 01:00 radələrində Atakişili kəndi ərazisindən Xırdapay kənd sakini H.Səlimovun “VAZ-21074” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Böyük Kəngərli kənd sakini N.İsmayılov həmin avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Kürdəmir RPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə