Tovuzda silah-sursat aşkarlanıb

Tovuz rayonu ərazisindən silah-sursat tapılıb. Tovuz rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, ərazidən 32 ədəd müxtəlif çaplı güllə, beşaçılan yivli tüfəng, nömrəsiz və istifadəyə yararsız 1 ədəd ov tüfəngi, qumbara və 1 ədəd qumbaraatan və 1 ədəd güllə darağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə