Şəhər sakininə xəsarət yetirərək soyğunçuluq törədən şəxs saxlanılıb

Şəhər sakininə xəsarət yetirərək soyğunçuluq törədən şəxs saxlanılıb

Bakı şəhər sakininə xəsarət yetirərək soyğunçuluq törədən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət edən Xocəsən qəsəbə sakini N.İsmayılov fevralın 11-də gecə saatlarında qəsəbə ərazisindəki kafelərin birində naməlum şəxsin onun sifətinə yumruqla vuraraq 500 manatını aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Təmirazov saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə