Sumqayıtda binanın girişindən kişi meyiti tapılıb

Sumqayıtda binanın girişindən kişi meyiti tapılıb

Sumqayıtda binan girişindən meyit tapılıb. "Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinə 5-ci mikrorayondakı binalardan birinin girişində meyit aşkarlanması barədə məlumat daxil olub. Polis hadisə yerinə baxış keçirib.

Araşdırma zamanı həmin şəxsin, 1974-cü il təvəllüdlü Bayramov Şahin Xanhüseyn oğlu olduğu müəyyən edilib. Onun narkotik maddənin təsirindən dünyasını dəyişdiyi ehtimal edilir. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdlrma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə