Su bəndinin uçması nəticəsində ölənlərin sayı artır

Su bəndinin uçması nəticəsində ölənlərin sayı artır

Braziliyada su bəndinin uçması nəticəsində ölənlərin sayı 157 nəfər çatıb. SİA-nın xarici mətbuata istinadın verdiyi xəbərə görə, bundan əvvəl ölənlərin sayının 150 olduğu deyilirdi.

14 gün bundan öncə baş verən hadisə nəticəsində ölənlərdən 134 nəfərinin kimliyi müəyyənləşib. 182 nəfərin itkin düşdüyü bildirilir.

Xilasedicilər axtarışlar üçün 250 xüsusi geolokasiya qurğusundan istifadə etməyə başlayıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə