Bərdə rayonunda tapılan 2 azyaşlı uşaqla bağlı yeni məlumatlar var. Bacı-qardaş olan körpələrin anası Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova uşaqlarını atmadığını, iş axtardığına görə evə gələ bilmədiyini iddia edir. 20 gündür uşaqlara baş çəkə bilmədiyini deyən ananın sözlərinə görə qızın 3 yaşı var, oğlanın isə bir yaşı bu gün tamam olur.
Qeyd edək ki, tapılan azyaşlı uşaqlar Bərdə Rayon Uşaq Xəstəxanasına yerləşdiriliblər, səhhətlərində problem yoxdur və həkim nəzarətindədir. Bərdə Rayon Polis Şöbəsində faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Körpələrin taleyi ilə bağlı qərar mövcud qanunvericiliyə uyğun həll olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB