Tovuz rayonunda avtomobil oğurlamağa cəhd edən rayon sakini həbs olunub. Tovuz rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən xəbərə görə, rayon sakini Vahid Nəsirov keçirilən əməliyyat tədbirləri nəticəsində Kamran Musayevə məxsus "VAZ-2102" markalı avtomobili oğurlamağa cəhd edərkən tutulub.
Hazırda faktla bağlı cinayət işi başlanılıb. Polis saxlanılan şəxsin digər oğurluq hadisələrində əli olub-olmadığını araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB