Gürcüstan hökuməti 2 nəfəri Ermənistana ekstradisiya edib

Gürcüstan hökuməti 2 nəfəri Ermənistana ekstradisiya edib

Gürcüstan hökuməti 2017-ci ildə İrəvanın mərkəzində baş verən silahlı atışmada təqsirləndirilən 2 nəfəri Ermənistana ekstradisiya edib. Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

“Gürcüstanın hüquq-mühafizə orqanları Ermənistan Baş Prokurorluğunun tələbi ilə Karadavidovu və Babulyanı cinayət məsuliyyətinə cəlb edilməsi üçün qarşı tərəfə təhvil verib”, - deyə bildirilib.

Qeyd edək ki, 2017-ci ilin sentyabrında İrəvanın Respublika meydanında, hökumət binasının yaxınlığında baş verən silahlı atışmada bir nəfər ölmüş, biri isə yaralanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə