Buenos-Ayresdə yanğın nəticəsində zərərçəkənlərin sayı 112 nəfərə çatıb, onlardan 52 nəfəri xəstəxanaya yerləşdirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Təcili Yardım Xidmətinin direktoru Oskar Balkarse açıqlayıb.
“Hadisə nəticəsində 112 nəfərin yardıma ehtiyacı olub. Onlardan 60 nəfərinə hadisə yerində yardım edilib, 52 nəfəri isə təcili xəstəxanaya yerləşdirilib. Nəfərin vəziyyəti isə daha ağırdır”, - deyə xidmət direktoru bildirib.
O əlavə edib ki, hazırda ölüm halı qeydə alınmayıb.
Qeyd edək ki, yanğın Buenos -Ayresdə turistlərin məskunlaşdığı məşhur otellərin birində baş verib. Digər mənbələrin məlumatında hadisə nəticəsində 55 yaşlı qadının həlak olduğu bildirilir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB