Abşeron Rayon Polis İdarəsi Novxanıdakı yürüşlə bağlı məlumat yayıb
Yanvarın 31-də əvvəlcə Azərbaycan Xalq Cəbhəsi Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 - ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər.
Abşeron Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd ediblər.
Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB