Zaqatalada psixotrop dərmanlar satan aptek işçisi saxlanıldı

Zaqatalada psixotrop dərmanlar satan aptek işçisi saxlanıldı

Zaqatala Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birində qanunsuz olaraq psixotrop tərkibli dərmanların satılması barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik “Diazepam” dərman preparatını qanunsuz olaraq satdığı üçün həmin aptekdə işləyən şəhər sakini X.İsmayılova polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri zamanı aptekdən 437 ədəd və 4 ampula psixotrop dərman preparatları aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə