Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov saxlanılıb. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin götürülüb.
Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.İsakov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, ondan heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB