Gədəbəy sakinini cərəyan vuraraq öldürüb

Gədəbəy sakinini cərəyan vuraraq öldürüb

Gədəbəy şəhərində cərəyanvurma hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü yerli sakin Mehdiyev Mehdi İsmayıl oğlu yük avtomobilinin üzərindəki yükü düzəldən zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub.

Nəticədə M.Mehdiyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə