Yardımlı polisi külli miqdarda narkotika aşkarlayıb

Yardımlı polisi külli miqdarda narkotika aşkarlayıb

Yardımlıda Cəlilabad sakinindən 2 kiloqram heroin tutulub. SİA-nın cənub bürosunun məlumatına görə, Yardımlı Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri zamanı rayonun Sığna kəndi ərazisində Cəlilabad rayon sakini Mais Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşına baxış keçirilib.

Baxış zaman oradan 2 kiloqram 152 qram heroin aşkar edilərək götürülüb. Nəticədə M.Əliyev və sərnişini, həmyerlisi Mirələm Xudiyev tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə