Meksikanın İdalqo ştatında boru kəmərində qanunsuz daha bir partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hazırda zərər çəkənlər haqqında heç bir məlumat açıqlanmayıb.
Hadisə yerində hərbçilər, polis, mülki müdafiə xidmətləri və digər nümayəndələr çalışır.
Bundan əvvəl Meksikanın Müdafiə Nazirliyi Pemex dövlət neft şirkətinin boru kəmərlərində təxminən 1,7 min qeyri-qanuni bağlar tapdığını açıqlayıb.
Xatırladaq ki, yanvarın 18-də axşam saatlarında boru kəmərində güclü partlayış baş vermişdi. Hadisə nəticəsində 115 nəfər həlak olub.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB