Şəki rayonunda piyadanı maşın vurub. “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Baş Göynük kənd sakini, 1962-ci il təvəllüdlü Balabəy Allahverdi oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı onu Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində minik maşını tərəfindən vurulduğu məlum olub. B.Allahverdiyevə sağ baldır sümüyünün və sağ 6,7,8,9-cu qabırğaların sınığı dioqnozu qoyulub.
Yaralının müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır. Onu vuran avtomobil hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır. Bundan əvvəl Cəlilabad sakinini avtomobil vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB