Piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Yanvarın 25-dən 26-na keçən gecə saat 01:00 radələrində Ağdaş rayonunun Ləki kəndi ərazisində müəyyən edilməmiş avtomobillə 65-70 yaşlı kişi vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, o, hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə