Qoruq ərazisindən silah-sursat tapılıb

Qoruq ərazisindən silah-sursat tapılıb

Azərbaycanda qoruq ərazisindən silah-sursat tapılıb. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Qaradağ Rayon Mühafizə Şöbəsi və 11-ci Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında birgə tədbir keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Qobustan Milli tarixi Bədii Qoruğunun ərazisindən sellofana bükülmüş 1 ədəd tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə