Əri ilə mübahisə edən qadın özünü asıb

Əri ilə mübahisə edən qadın özünü asıb

Dünən gecə saatlarında Gəncə şəhərində intihar hadisəsi baş verib. Sevinc qəsəbəsində yaşayan 1961-ci il təvəllüdlü Bacırova Sevinc Səttar qızı özünü asıb. Gəncə şəhər prokurorunun köməkçisi Elnar Hüseynovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, yaxınları qadının cansız cəsədini həyətlərindəki ağacdan asılı vəziyyətdə tapıblar.

İlkin məlumatlara görə qadının özünü öldürməsinə səbəb ailə münaqişəsi olub. Belə ki, mərhumə Bacırova Sevinc Səttar qızı intihardan öncə həyat yoldaşı ilə dalaşıb.

Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə