Ağstafa rayonunun Qırılı kəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. Ağstafa rayon Polis İdarəsi və Prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, olay zamanı məntəqədə operator işləyən 1977-ci il təvəllüdlü Məmməd Məmmədov avtomat silahdan açılan atəş nəticəsində yerindəcə keçinib. Hadisəni törədən şəxslər isə oradan uzaqlaşıblar. Hazırda polis həmin şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş aparır. Faktla bağlı cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB