Sumqayıtda avtobusun vurduğu piyada öldü

Sumqayıtda avtobusun vurduğu piyada öldü

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən SİA-ya verilən məlumata görə, yanvarın 22-də saat 07:00 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Ramin Hüseynov idarə etdiyi “İsuzu” markalı 26 saylı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Tamella Əlverdiyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə