Lənkəranda narkotik aludəçisini elektrik cərəyanı vurub

Lənkəranda narkotik aludəçisini elektrik cərəyanı vurub

Lənkəranda bir nəfər elektrik cərəyanı vurması nəticəsində ağır yanıqlar alıb.Rayon Prokurorunun köməkçisi Rəşad Tanrıverdinin SİA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə yanvarın 7-də şəhər 1 nömrəli məktəbinin ərazisində yerləşən elektrik transformator binasında baş verib. Hələlik adı bəlli olmayan təxminən 40 yaşlı şəhər sakin narkotika qəbul etməkdən ötrü transformator binasına daxil olub. İstəyinə nail olduqdan sonra olduğu məkanın təhlükəliyini unudan narkomanı yüksək gərginlikli elektrik cərəyanı vurub. O,ağır elektrik yanıqları ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkim-reanimatoloq Seymur Əsədovun bildirdiyinə görə, hazırda xəstənin vəziyyəti ağır olaraq qalır.

Xəsarət alanın kimliyi hələlik məlum deyil.

Qeyd edək ki, artıq faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə