25 dekabr 2010-cu il tarixindən Braziliya ərazisinə yağan aramsız yağışlar subasma və torpaq sürüşməsinə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkə ərazisində 35 nəfər ölüb təxminən 30 min insan yaşayış yerini itirib. Bildirilir ki, bəzi ərazilərdə çaylar məcrasından çıxaraq ətraf əraziləri su altında qoyub, tikililər dağıntıya məruz qalıb.
Hazırda yağışlı hava şəraitinin hökm sürdüyü Minas-Jerays, San-Paulu, Rio-de-Janeyro və Espiritu-Santu ştatlarında müvafiq işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB