Bank hesabından 5400 manat pul oğurlanıb

Bank hesabından 5400 manat pul oğurlanıb

Polis əməkdaşlarının operativliyi sayəsində bank hesabından oğurluq edən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın yanvarın 3-də bank hesabından 5 405 manatının çıxarılaraq oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Ramil Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə