Turistləri daşıyan avtobus aşdı 39 nəfər...

Turistləri daşıyan avtobus aşdı 39 nəfər...

Meksikanın Qərbində Kulyakan yaşayış məntəqəsində turistləri daşıyan avtobus aşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qəza zamanı avtobusda 42 nəfər olub.

Yolun aşağı hissəsində nəzarəti itirən sürücü ilk növbədə yaşayış evinə dəyib və daha sonra aşıb. Qəza nəticəsində 5 nəfəri azsaylı uşaqlar olmaqla ümumilikdə 39 nəfər yaralanıb. Meksika polisinin verdiyi məlumata görə, qəzaya avtobusun əyləc sistemindəki nasazlıq səbəb ola bilər. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə