Avstraliyanın şimal-şərqində son 50 ildə görünməyən daşqınlar baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkə ərazisində aramsız yağan yağışlar nəticəsində Kvislend ştatının 22 şəhəri ətraf mühitdən təcrid olub. Ştatın hava limanı müvəqqəti olaraq bağlanıb. Azı 200 nəfər xəsarət alıb, 10 nəfər ölüb. İtkin düşənlər var. Əhaliyə yardımların çatdırılması üçün vertolyotlar cəlb olunub. Sinoptiklərin verdiyi məlumata əsasən, çaylarda suyun səviyyəsinin artacağı gözlənilir. Yaranmış vəziyyətlə əlaqədar olaraq müvafiq işlər görülür.
Həmçinin son günlər yağan aramsız yağışlar Yeni Zelandiyanın Cənub adasında daşqınlara səbəb olub. Belə ki, məcrasından çıxan çaylar avtomobil yollarını və əkin sahələrini su altında qoyub. Elektrik dirəkləri zədələnib bəzi ərazilərdə körpülər dağıntıya məruz qalıb. Nəticədə bir sıra yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb, yerüstü nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Tələfat və xəsarət alanlar barədə məlumat verilmir. Mövcud vəziyyətlə əlaqədar ərazidə müvafiq işlər görülür. Qeyd edək ki, Yeni Zelandiyada son 150 il ərzində ilk dəfədir ki, güclü subasma baş verib.
Eyni zamanda cənub qonşumuz İranda zəlzələ olub 5 yanvar 2011-ci il tarixində Bakı vaxtı ilə saat 09:55-də İran İslam Respublikasının cənubunda zəlzələ olub. Yeraltı təkanların gücü 5,3 bal təşkil edib. Zəlzələnin episentri Fars əyalətində, Ərdəkan şəhəri yaxınlığında qeydə alınıb. Baş vermiş zəlzələ nəticəsində 16 nəfər xəsarət alıb dağıntı var.
Bundan əlavə ABŞ-da silah-sursat zavodunda partlayış olub. ABŞ-ın Tennesi ştatında bir neçə partlayışla davam edən yanğın olub. Hadisə ştatın Oklend şəhərində yerləşən "Kinematics Research" silah-sursat istehsalı zavodunda baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarətlər alıb. Yanğının başvermə səbəbi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB