Gəncədə ər arvadını qətlə yetirib

Gəncədə ər arvadını qətlə yetirib

Gəncə şəhərində dəhşətli qətl hadisəsi baş verib. 1981-ci il təvəllüdlü Həsənov Arzu həyat yoldaşı 1981-ci il təvəllüdlü Sədaqət Həsənovanı qətlə yetirib. Gəncə şəhər prokurorunun köməkçisi Elnar Hüseynovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, qadın bıçaqla öldürülüb.

İlkin ehtimallara görə cinayət qısqanclıq zəmnində törədilib. Artıq keçirilən əməliyyatla Həsənov Arzu saxlanılıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə iş açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə