Torpaq sürüşməsi qurbanlarının sayı 31 nəfərə çatıb

Torpaq sürüşməsi qurbanlarının sayı 31 nəfərə çatıb

İndoneziyanın qərbində ötən həftə baş verən torpaq sürüşməsi nəticəsində qurbanların sayı 31 nəfərə çatıb. SİA bu barədə xareici mətbuata istinadən xəbər verir. Bundan əvvəl 15 nəfərin öldüyü, 20 nəfərin isə itkin düşdüyü bildirilirdi.

"Axtarış və xilasetmə qrupu, itkin düşənlərin tapılması üçün səylərini artırır”, deyə, ölkənin Fövqəladə vəziyyətlərə qarşı Mübarizə Agentliyinin sözçüsü Sutopo Purvo Nuqroxo açıqlayıb.

Qeyd olunur ki, təbii fəlakətdən zərər çəkmiş yüz nəfərdən 64-ü təhlükədən kənar olsa da, 31 nəfəri həlak olub, 3 nəfəri isə zərər çəkib. Daha iki nəfər haqqında heç bir məlumat yoxdur.

Xatırladaq ki, İndoneziyada torpaq sürüşməsi 2018-ci ilin dekabrın 31-də baş verib. Təbii fəlakət 34 evə ziyan vurub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə