Hindistanın şimalında Himaşal Pradesh əyalətində məktəbliləri daşıyan avtobusun dərəyə düşməsi nəticəsində 6-sı uşaq olmaqla 7 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında baş verib.
Nəqliyyat vasitəsinin sürücüsü də qəza qurbanları sırasındadır. Daha 11 məktəbli müxtəlif xəsarətlər alıb. Yerli hakimiyyətin açıqladığı məlumata görə, yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB