Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, yanvarın 4-də axşam saatlarında Lənkəran rayonunun Siyavar kəndi ərazisində Astara şəhər sakini, 1971-ci il təvəllüdlü İlqar Qəhrəman oğlu Şəfiyevin idarə etdiyi "Mersedes Benz-190" markalı, 90 FZ 476 dövlət nömrə nişanlı avtomobil Biləsuvar rayonunun Zəhmətabad kənd sakini, 1966-cı il təvəllüdlü Azər Xasay oğlu Bayramovun idarə etdiyi "UAZ" markalı, 12 AC 268 dövlət nömrə nişanlı avtomaşınla toqquşub.
Nəticədə "UAZ" markalı maşın yolun kənarındakı su kanalına düşüb. "Mersedes"in sərnişini, Astara şəhər sakini, 1979-cu il təvəllüdlü Ruslan Səxavət oğlu Tahirov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. "UAZ"ın sürücüsü A.Bayramov isə Lənkəran Mərkəzi Rayon Xəstaxanasının (MRX) travmatologiya şöbəsinə yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hadisəyə yüksək sürətlin səbəb olduğu ehtimal edilir. Faktla bağlı ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB