Quldurluq etmiş Bakı şəhər sakinləri Sahib Əliyev və İmdulla Qasımov tutulub. Binəqədi Rayon Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, yanvarın 5-də saat 02.30 radələrində metronun 20 Yanvar stansiyasının yaxınlığında 2 naməlum şəxs Müşfiqabad qəsəbə sakini İlham Hüseynovun idarə etdiyi "VAZ-2105" markalı avtomaşına sərnişin qismində oturub Hökməli qəsəbəsinə gedəcəklərini bildiriblər. Xırdalan dairəsində onlar sürücünü bıçaqla hədələyərək 10 manat pulunu və mobil telefonunu alaraq qaçıblar.
Lakin oğruların istəyi ürəyində qalıb. Belə ki, cinayətkarlar hadisə yerindən uzaqlaşan zaman Binəqədi RPİ-nin Post-Patrul Xidməti əməkdaşları tərəfindən tutulublar. İlkin araşdırmalar nəticəsində onların Bakı şəhər sakinləri Sahib Əliyev və İmdulla Qasımov olmaları müəyyən edilib. Baş verən hadisə ilə bağlı Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB