Tərtər rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanvarın 5-də, saat 00.30 radələrində Tərtər rayonu ərazisində rayon sakini Qulu Hacıyevin idarə etdiyi "Mercedes" markalı və Hacıqərvənd kənd sakini Elşən İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub.
Nəticədə E.İsmayılovun sərnişinləri, həmyerliləri Vüqar Ağayev və Elnur Əliyev hadisə yerində ölüb, xəsarət alan E.İsmayılov, Q.Hacıyev və sərnişinlərdən Emin Əliyev, Beyrək Quliyev isə xəstəxanaya yerləşdiriliblər. Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Tərtər RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB