Paytaxtda dəm qazından iki nəfər boğulub

Paytaxtda dəm qazından iki nəfər boğulub

Paytaxtda dəm qazından iki nəfər boğulub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda fərdi evdə bağlı qapı arxasında köməyə ehtiyacı olan insanın olması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər mənzilin giriş hissəsində qaz qoxusunun gəldiyi üçün mənzilə daxil olan qaz boru xəttinin şəbəkədən ayrılmasını təmin etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə fərdi evin qapısını bayır tərəfdən açıblar.

 

Mənzilə baxış keçirilərkən 1985-ci il təvəllüdlü Azər Abdullayev və 1964-cü il təvəllüdlü Bahar Mahmudova hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı A.Abdullayevin və B.Mahmudovanın dəm qazından boğularaq vəfat etdikləri müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə