Sabirabadda 3 otaqlı ev yanıb

Sabirabad rayonunda evdə yanğın olub. FHN-dən SİA-ya verilən məlumata görə, ümumi sahəsi 72 m² olan qamışdan ibarət birmərtəbəli 3 otaqlı evin bacasının ətrafı 3 m² sahədə və tavanı 2 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə