Balakəndə 7 yaşlı qız yol qəzasında öldü

Balakəndə 7 yaşlı qız yol qəzasında öldü

Balakəndə 7 yaşlı qızı avtomobil vuraraq öldürüb. “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayon mərkəzindən Hənifə kəndinə gedən avtomobil yolunda baş verib.

Rayon sakini, 2011-ci il təvəllüdlü Zümrüd Mais qızı İsakovanı minik avtomobili vurub.

7 yaşlı Z. İsakova Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yolda ölüb. Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə