Bakıda 27 yaşlı gənci öz maşınında güllələdilər

Bakıda 27 yaşlı gənci öz maşınında güllələdilər

Gecə saatlarında Bakının Nizami rayonu, Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib. Bakı şəhər sakinləri, 1991-ci il təvəllüdlü Babayev Tural Rəhim oğlu və 1988-ci il təvəllüdlü Bağırov Asif Adışirin oğlu naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla güllələnib. Hadisə nəticəsində Tural Babayev dünyasını dəyişib, Asif Bağırov isə kliniki tibbi mərkəzə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə, iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah gəzdirmə maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır. Hadisəni törədən şəxsin kimliyi də artıq müəyyənləşdirilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, atəş açan şəxs 34 yaşlı İsmayılov Zaur Zülfüqar oğludur. Məlumata görə, həmin şəxs avtomobildəkilərə ak-74 avtomatından atəş açıb. Atəş açan şəxshələlik tutulmayıb, əməliyyatçılar onun saxlanılmasıüçün iş aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə