Xaricdə tutularaq Azərbaycana gətirilən şəxsin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, F.Yusub bir müddət Rusiyada yaşayıb və orada saxlanılaraq Azərbaycana ekstradisiya olunub. Ona ekstradisiya zamanı ölkəyə qayıdış vəsiqəsi verilib və hazırda şəxsiyyət vəsiqəsi almaq üçün "Asan Xidmət"ə müraciət etdiyini bildirib.
F. Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatını təmin etməyib. F.Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb. Prosesdə dövlət ittihamçısı vəsatət verərək F.Yusubun məhkəmə zalında həbs olunmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib, F.Yusub barəsində başqa yerə getməmək qərarı verilib. Proses yanvarın 11-də davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB