Xırdalanda partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb

Xırdalanda partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdikləri növbəti reydlər zamanı Xırdalan şəhəri ərazisindəki mağazaların birindən 3650 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə