İrana məxsus ticarət gəmisi korpusunda yaranmış çat nəticəsində Xəzər dənizində batmağa başlayıb. Hərbi-dəniz qüvvələri gəmi heyətinin xilas olunmaları üçün təcili əməliyyata başlayıblar. SİA xəbər verir ki, bu barədə ISNA agentliyi İran HDQ-nə istinadən məlumat yayıb.
“Xilsaedicilər komandası hazırda Şimal donanmasının dalğıcları ilə birgə xilasetmə əməliyyatını keçirir”, deyə məlumatda bildirilir. Qeyd edilir ki, hərbi texniki heyət gəminin də xilası üçün əməliyyatı keçirirlər.
Bildirilir ki, gəmi bir neçə saat öncə zədə alıb və tədricən suyun altına getməyə başlayıb. İranın digər agentliyi - İRİB isə hadisə ilə bağlı məlumat verib ki, insident “Nargül” adlı gəmidə baş verib. Belə ki, adıçəkilən gəmi Xəzər dənizinin Astara limanı yaxınlığında Azərbaycana tərəf istiqamət alarkən zədə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB